14 Dekabr 2023 08:15
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasında ona qarşı kampaniya aparan respublikaçıları “real problemləri” həll etmək istəməməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilən C.Baydenin açıqlamasında bildirilib.

"Amerikalıların həyatını yaxşılaşdırmaq üçün hər hansı bir iş görmək əvəzinə, onlar mənə yalanlarla hücum etməyə yönəliblər", - deyə o qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, Respublikaçılar Partiyasının üzvləri Ukrayna, İsrailə yardım və cənub sərhədindəki vəziyyət kimi aktual məsələləri həll etmək əvəzinə “hətta konqresdəki respublikaçıların da faktlarla izah olunmadığını etiraf etdiyi əsassız siyasi oyuna vaxt itirməyə üstünlük verir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər