21 Yanvar 2015 09:12
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ukraynada döyüşən tərəflərə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

"Biz tərəfləri dinc sakinlərə xəsarət yetirməkdən çəkinməyə və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırırıq", - komitənin Ukraynadakı missiyasının rəhbəri Mişel Masson qeyd edib.

O, eləcədə son 2 həftə ərzində ölkənin şərqində zorakılığın artmasından dərin narahatlıq hissi keçirdiyini bildirib.

Qeyd edək ki, son günlər ərzində Donetsk aeroportu ətrafında döyüşlər şiddətlənib. Donetsk və Luqansk vilayətlərinin şərq hissəsi, Donetsk şəhərində yerli xəstəxana top atəşinə tutulub.

Tərəflər biri-birini dinc əhaliyə qarşı cinayət törətməkdə ittiham edirlər.


Müəllif:

Oxşar xəbərlər