14 Dekabr 2023 23:26
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" platformasındakı paylaşımında məlumat verib.

O, bildirib ki, Aİ Şurası eyni zamanda Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib.

Şarl Mişel Aİ-nin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına isə üzvlük üçün zəruri kriteriyalara uyğunluq dərəcəsinə çatdığı zaman başlanacağını qeyd edib və Avropa Komissiyasını gələn ilin martında bu istiqamətdə qiymətləndirmə aparmağa dəvət edib.

"Bu, onların xalqlarına və bizim qitəmizə aydın ümid siqnalıdır",- Mişel qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər