16 Dekabr 2023 09:50
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Slovakiyaya Rusiya neftindən istifadəyə imkan verən sanksiyalardan bir il müddətinə azad edilməsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fiko məlumat verib.

Fikonun sözlərinə görə, yeni sanksiyalar paketində Slovakiyanın Rusiya neftinə qoyulan embarqoya əməl etmək məcburiyyətində qalmayacağı bildirilir. Güzəştlər il boyu tətbiq olunacaq.

“Bizim üçün son dərəcə vacib istisnanı ehtiva edən sanksiyalar paketini təsdiq etdik, bu, Rusiya neftinin istifadəsi üçün istisnadır”, - baş nazir deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər