23 Dekabr 2023 23:18
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hakimiyyəti hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb və öldürücü silahların ixracına qoyulan qadağanı aradan qaldırıb.

Teleqraf.com "Fox News"-a istinadən xəbər verir ki, bunu baş nazir Fumio Kişida deyib.

Yaponiya hökuməti müdafiə xərclərini 16% artırmaq və İkinci Dünya Müharibəsindən bəri silah ixracına qoyulmuş qadağanı ləğv etmək qərarına gəlib.

"Biz qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın qorunmasına və Hind-Sakit okean regionunda sülh və sabitliyin əldə edilməsinə töhfə verməyə ümid edirik" - deyə nazir bildirib.


Müəllif: Pərvin Cəfərova