İtaliyanın müdafiə naziri Qvido Qrosetto Ukrayna ilə bağlı sülh danışıqlarına çağırıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Qrosetto Kiyevə təkcə hərbi yardım göndərmək yox, həm də münaqişənin siyasi yolla həllinə çalışmaq lazım olduğunu vurğulayıb.
“Hərbi yolla əldə edilə bilməyən şeyə diplomatik və siyasi cəbhə açmaqla, eyni nəticəni dinc danışıqlarla əldə etməyə cəhd etmək olar”, - deyə müdafiə naziri deyib.