İraqın şimalında Türkiyə ordusunun 12 hərbçisini şəhid edən PKK terror təşkilatının istifadə etdiyi silah və texnika yenidən müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatı PKK-nın belə bir hücumu həyata keçirmək üçün xarici ölkələrdən dəstək aldığını yazır.
Son illər bölgədə aparılan əməliyyatlar zamanı mağaralardan ələ keçirilən silah və texnikanın mənşəyi bu şübhələri təsdiqləyir. PKK mağaralarında tapılan silahlar arasında ABŞ və İsveç istehsalı silahlar üstünlük təşkil edir.
İsveç PKK-ya verilən radiodinləmə və radar sistemləri ilə yanaşı, terror təşkilatına böyük həcmdə tibbi avadanlıq, həmçinin gecəgörmə durbinləri kimi döyüş cihazları təmin edən ölkədir. Ancaq İsveçin PKK-ya verdiyi bir qırğın silahı da var. PKK İsveç istehsalı AT-4 tank əleyhinə raketdən də Türkiyəyə qarşı geniş istifadə edir.
Çoxsaylı versiyaları olan bu silah tək adam tərəfindən daşına və istifadə edilə bilər. Effektiv diapazonu 200-1000 metr arasında dəyişir.
Piyada birləşmələrinin zirehli texnikaları və istehkamlarını məhv etmək üçün nəzərdə tutulan silah PKK terror təşkilatı tərəfindən hər cür hücumda istifadə olunur. Son hücumun görüntülərində terrorçuların uzunlüləli silahlardan, qumbaraatanlardan və reaktiv yaylım atəşi sistemlərindən istifadə etdiyi məlum olub. Eləcə də AT-4-lərdən...