27 Dekabr 2023 11:19
7 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç uzun sürən embarqo prosesindən sonra Türkiyə üçün müdafiə sənayesi sahəsində ixrac lisenziyalarını təsdiqləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, 2019-cu ilin oktyabrından müdafiə sahəsində Türkiyəyə embarqo tətbiq edən İsveç NATO-ya üzvlük prosesinin başlamasının ardından bu qərarından geri addım atıb.

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar məlumatı təsdiqləyib.

“İsveç Türkiyənin müdafiə sənayesi məhsullarına embarqonu ləğv edib. Proses (NATO-ya üzvlük) başlandıqdan sonra türk şirkətlərinin etdiyi müraciətlər müsbət nəticələnib”, - ölkə rəsmisi deyib.

Digər tərəfdən Türkiyənin Britaniya və ABŞ ilə döyüş təyyarələrinin tədarükü üçün təmasda olduğu bir vaxtda “İsveçdən “Gripen” hərbi təyyarələri alına bilərmi” sualı gündəmə gəlib.

Türkiyə mühərriki də daxil olmaqla bir çox hissələri ABŞ-dən alınan “Gripen” döyüş təyyarəsinin tədarükünü istəsə və İsveç icazə versə belə, Vaşinqtonun icazəsi olmadan ixrac edilə bilməyəcəyi düşünülür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər