28 Dekabr 2023 00:35
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqradın mərkəzində Respublika Seçki Komissiyasının qarşısında növbəti etiraz aksiyası keçirib, sonra isə şəhər boyu yürüş edib.

Teleqraf.com xəbər verir ki, 400-ə yaxın etirazçı yolun kənarına çıxaraq Serbiya Radio və Televiziyasının binasına tərəf gedib. Nümayişçilər şəhərin mərkəzi küçələri ilə yürüş edərək iğtişaşlara görə saxlanılanların hamısının azad edilməsinə çağırışlar səsləndiriblər.

Bundan əvvəl “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları dekabrın 29-da Serbiyanın paytaxtında 24 saat ərzində etiraz aksiyası keçirəcəklərini və bu aksiya zamanı əsas şəhər magistrallarının bağlanacağını elan ediblər.


Müəllif: Teleqraf.com