Nigeriyada bir müddət əvvəl "Boko Haram" silahlıları tərəfindən oğurlanan Almaniya vətəndaşı sərbəst buraxılıb.
69 yaşlı Eberhard Nitç artıq 6 ay idi ki, silahlılar tərəfindən girov saxlanılırdı.
Məlumata görə, anti-terror əməliyyatçıları Kamerunda keçirilən reydlər zamanı girovun yerini müəyyənləşdirib və onu xilas ediblər. Nigeriyanın Qombi şəhərində müəllim kimi fəaliyyət göstərən Nitç 6 ayda ölüm qorxusu ilə yaşadığını deyib.
“Onlar mənə təkcə oturmaq və səs etməmək əmri verirdilər. Hər yer qaranlıq idi. Nə baş verdiyini bilmirdim. Bu məndə depressiya yaradırdı”./anspress/