İraq Kürd Muxtariyyətinin Ərbildəki peşmərgə qüvvələrinin bazasına iki PUA ilə zərbə endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə regional administrasiyanın sözçüsü Peşava Həvramani açıqlama verib.
Açıqlamada can itkisinin olmadığı, maddi zərərin dəydiyi bildirilib.
Hücumun kimlər tərəfindən təşkil edildiyi məlum deyil.
“İraq hökumətini və maaş verdiyi qruplaşmaları bu qorxaq hücuma görə məsul görürük. Bu qanunsuz qruplaşmalar İraq hökuməti tərəfindən dəstəklənir və maaş verilir. İraq hökumətinin burnunun dibində fəaliyyət göstərirlər. Silah, raket və PUA daşıyırlar, hərbi və rəsmi qurumlara terror hücumları həyata keçirirlər”, - Həvramani söyləyib.
Açıqlamada hücuma lazımi vaxtda cavab veriləcəyi, mərkəzi hökumətin lazım olan addımları atmasının vacib olduğu da vurğulanıb.