Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin rəsmi mənbələrinə istinadla “RİA Novosti” məlumat yayıb.
“Hələlik razılaşma yoxdur, amma görüş gündəmdədir, diplomatik kanallar vasitəsilə müvafiq işlər görülür. Hələlik dəqiq bir şey yoxdur”, - məlumatda deyilir.
Rusiya Prezidenti Vladimir Putin dekabrda keçirdiyi mətbuat konfransında tezliklə Türkiyəyə səfər edəcəyini açıqlamışdı.