Rusiya ordusunun TU-160 bombardmançılarının yerləşdiyi aviabazaya iki pilotsuz təyyarə düşüb. Söhbət Engelskdəki (Saratov vilayəti) hərbi aerodromdan gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi müdafiə sistemlərinin Saratov üzərində Ukraynaya məxsus 1 PUA-nı məhv etdiyini açıqlayıb. Ukrayna mənbələrinə görə, aerdroma 2 PUA atılıb. Onların vurulduğu və pilotsuz təyyarələrin Engelsdəki hərbi aerodromunun ərazisinə düşdüyü iddia edilir. Bunun hansı nəticələrə gətirib çıxardığı hələlik məlum deyil.
Engels Rusiyada TU-160 strateji bombardmançılarının yerləşdiyi yeganə hava bazasıdır. 2022-ci ilin fevralından bu baza Ukraynada irimiqyaslı hava hücumları üçün istifadə olunur.
2022-ci il dekabrın 26-da üç rus hərbçisi bu aerodroma hücumda həyatını itirib.