11 Yanvar 13:02
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin rəhbərliyi ümid edir ki, Tayvan xalqı adanın hakim Demokratik İnkişaf Partiyasının (DPP) müstəqillik xəttinin təhlükəsini anlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin nümayəndəsi Çen Binxua deyib.

“Ümid edilir ki, tayvanlı həmvətənlərin əksəriyyəti SDP və (Tayvanın prezidentliyə namizədi) Lay İnvenin siyasətinin Tayvan boğazının iki tərəfi (Çin və Tayvan) arasında münaqişə yarada biləcək təhlükəsini anlayacaq və bu tarixi an üçün iki tərəf arasında münasibətlər üçün düzgün seçim edəcək”, - Çin rəsmisi bildirib.

Çen Binxua qeyd edib ki, son 8 ildə Tayvan və Çin arasında münasibətlərin pisləşməsi adanın hazırkı rəhbərliyinin müstəqillik xəttinin Tayvanda münaqişə, parçalanma və qarşıdurmaya gətirib çıxardığını, xalqın maraqlarına zərər vurduğunu və bunun daha da gücləndiyini sübut edir.

Çin lideri Si Cinpin son açıqlamasında Tayvan və ölkəsinin birləşməsinin tarixi zərurət olduğunu və bunun bütün hallarda baş verəcəyini söyləmişdi.

Tayvanda prezident seçkiləri yanvarın 13-də keçiriləcək. Pekin seçkilərdə Çinlə dialoqun tərəfdarı olan “Qomindan” Partiyasının qalib gəlməsini istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər