İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolinin ardınca ordunun Baş Qərargah rəisi Mikael Bayden bütün isveçliləri ruhən müharibəyə hazır olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, ordu tərəfindən dəfələrlə səsləndirilən bəyanatlar İsveç müxalifətinin reaksiyasına səbəb olub.
Keçmiş baş nazir Maqdalena Andersson bildirib ki, təhlükəsizlik vəziyyətinin ciddi olduğunu qəbul etsə də, müharibə İsveçə elə də yaxın deyil.
Bolin insanların yuxusunu qaçırmaq istəmədiyini söyləyib. Bununla belə, o, imkanlar barədə məlumatlılığı artırmaq istədiklərini iddia edib.
200 ilə yaxındır müharibə görməyən İsveç NATO-ya üzvlük üçün Türkiyə və Macarıstandan təsdiq gözləyir.
İsveçin NATO-ya üzv olmağa məcbur edən Rusiya-Ukrayna müharibəsi ikinci ilini fevralın 24-də tamamlayacaq. Bu müddət ərzində Şimali Avropa ölkəsində hərbi xərclər təxminən iki dəfə artıb.