12 Yanvar 09:59
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Yəməndə husilərin nəzarətində olan bölgələrə ABŞ və Böyük Britaniyanın hava hücumlarını kəskin şəkildə qınayır.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“Bu səhər ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə həyata keçirdiyi hərbi hücumları şiddətlə qınayırıq. Bunu Yəmənin suverenliyi və ərazi bütövlüyünün, beynəlxalq qanunların, qaydaların və hüquqların pozulması hesab edirik”, - ölkə rəsmisi bildirib.

İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ticarət gəmilərinə həftələrdir davam etdirdiyi hücumlardan sonra Yəmən qruplaşmasının mövqelərinə qarşı ABŞ və Britaniya tərəfindən hərbi əməliyyat başladılıb. Artıq qruplaşmanın bir neçə hədəfinin vurulduğu bildirilir.

ABŞ və Britaniyanın başladığı əməliyyata Avstraliya, Bəhreyn, Kanada və Hollandiya da dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu