Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə endirdiyi zərbələri kəskin şəkildə pisləyiblər.
Teleqraf.com xəbər verir, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə olunması və zərər çəkmiş mülki əhaliyə təcili yardım göstərmək üçün anklavın maneəsiz humanitar çıxışının təmin edilməsinin tərəfdarı olduqlarını bildiriblər. XİN başçıları yeni dövlətlərarası sazişin hazırlanmasının gedişatını və ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.
Söhbət zamanı nazirlər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və BMT Nizamnaməsinin digər prinsiplərinə qeyd-şərtsiz hörmətlə bağlı daimi qarşılıqlı sadiqliyi vurğulayıblar və bu, qarşıdakı tarixdə təsdiqlənəcək".