Qırmızı dənizdə Marşal adaları bayrağı altında üzən ABŞ-nin “Gibraltar Eagle” yük gəmisi raket hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Yəmən husiləri ABŞ gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.