Fransada minlərlə insan ölkə parlamentinin bu yaxınlarda qəbul etdiyi “Miqrasiya qanunu”nun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
“İmmiqrasiya qanunu irqçidir. Biz bunu istəmirik, onunla mübarizə aparırıq”, - nümayişçilər şüarlar səsləndiriblər.
Parlamentin dekabrın 19-da qəbul etdiyi qanun əcnəbilərə sosial müavinətlərin ödənilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, miqrasiya kvotalarını müəyyən edir, torpaq qanunvericiliyinin avtomatlaşdırılmasını şübhə altına alır və “qanunsuz yaşamaq cinayətini” bərpa edir.