ABŞ-nin yardımı Ukraynanın Rusiya ilə müharibədə qələbəsi üçün yeganə ümid, daha böyük savaş və Amerika ordusunun bu savaşda iştirakının zəruriliyindən qaçmaq üçün yoldur.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
“Rusiya bu müharibədə qalib gəlsə və başqa ölkəyə hücum etsə, bu, Avropada növbəti böyük müharibə riski demək olardı. Yalnız ABŞ Ukraynaya dəstək verməklə belə bir müharibənin qarşısını ala bilər”, - Polşa lideri vurğulayıb.