Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi barədə razılıq əldə olunub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov göyərtəsində ukraynalı məhbusların olduğu İl-76 təyyarəsinin qəzaya uğramasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları Moskva arasında razılaşdırılmış növbəti məhbus mübadiləsini həyata keçirmək üçün Belqorod vilayətinə aparılıb.
"Bu mübadilə yerinə Ukrayna tərəfi Xarkov vilayətindən bu təyyarəyə zenit raketləri ilə hücum etdi və bu, ölümcül oldu", - nazir bildirib.