26 Yanvar 11:20
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynada vəziyyətin düzəlməsi ilə fikirlərinə sadiqdir. Moskva öz məqsədlərinə diplomatik yollarla nail olmağa üstünlük verir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və elə də qalacaq. Biz məqsədlərimizə çatmaqda qərarlıyıq. Biz buna diplomatik yollarla nail olmağı üstün tuturuq. Əgər belə olmayacaqsa, o zaman hədəflərimizə çatana qədər əməliyyatlar davam edəcək", - Peskov vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər