31 Yanvar 14:26
2 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya məxsus olduğu güman edilən PUA gecə saatlarında Rusiyanın Sankt-Peterburq vilayətindəki “Nevski Mazut” zavodunun ərazisinə zərbə endirib. Bir neçə çən yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

İlk dəfə Peteburqda S-400 zenit-raket kompleksi pilotsuz təyyarəyə qarşı istifadə edilib.

PUA səhər saatlarında vurulub, amma müəssisəyə çata bilib. Yanğın dərhal söndürülüb.

Vurulan dron avtomobil yoluna düşüb.

Ukrayna ordusu müharibə başlayandan bəri ilk dəfə yanvarın əvvəlindən Peteburq vilayətini hədəfə almağa başlayıb. Ukrayna bundan əvvəl də bölgəni bir neçə dəfə hədəfə alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər