3 Fevral 20:01
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fevralın 5-də təcili iclasının keçirilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının beynəlxalq təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün teleqram kanalında məlumat verib.

O bildirib ki, görüş fevralın 5-də Nyu-York vaxtı ilə saat 16:00-a planlaşdırılacaq.

Bundan əvvəl Rusiya Suriya və İraqdakı vəziyyəti BMT Təhlükəsizlik Şurası vasitəsilə nəzərdən keçirməkdə israr etmişdi.


Müəllif: Pərvin Cəfərova