5 Fevral 09:23
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yeni mexanizm hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, yeni sxem Rusiya ilə müzakirə ediləcək.

Nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə gözlənilən səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının yeni mexanizmini müzakirə edəcək.

Hakan Fidan qeyd edib ki, bəzi gəmilər hətta müqavilə bağlamadan da Ukrayna taxılını Qara dənizdən çıxara biliblər:

“Biz bu vəziyyəti yeni mexanizm vasitəsilə de-fakto aydınlaşdırmaq istəyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər