Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dalana dirəndiyini bildirib.
Teleqraf.com xəbər verir ki, V.Zelenski bu barədə İtaliyanın “Rai1” telekanalına müsahibəsində deyib.
O, bunu tədarüklərin gecikməsi ilə izah edib: “Biz dünyanın ən böyük ordularından birinə qarşı mübarizə aparırıq. Kifayət qədər silah-sursat yoxdur. Müasir texniki vasitələrə ehtiyacımız var”.
Eyni zamanda, V.Zelenski söyləyib ki, Ukraynanın dəniz əməliyyatları sayəsində Rusiya bir çox gəmisini itirib.