6 Fevral 12:04
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İrana birbaşa hücum planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin fikrincə, İrana birbaşa zərbə ABŞ tərəfindən planlaşdırılan hər hansı cavabın tərkib hissəsi deyil. Mənbə həmçinin ABŞ Prezidenti Co Baydenin köməkçilərinin İrana zərbə variantları təklif edib-etmədiklərini bilmir.

ABŞ rəsmiləri həmçinin Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərini şərh ediblər. Sallivan bundan əvvəl İordaniyada ABŞ bazasına hücuma cavab olaraq İrana mümkün zərbələri nə təkzib edib, nə də təsdiqləyib.

Nəşrin həmsöhbətlərinin fikrincə, Sallivan bununla İrana birbaşa hücumun real ehtimalına eyham vurmayıb.

“Biz sadəcə gələcək mümkün əməliyyatlar haqqında danışmaq istəmirik”, - rəsmilərdən biri “Politico”ya deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər