12 Fevral 10:07
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Avdiv şəhərinə daxil olan Rusiya qüvvələri irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə rus ordusunun şəhərin şimal və cənub-qərbində irəlilədiyini bildirir. Rusiya mənbələri də şəhərin şimalı və Pervomaysk istiqamətindəki küçələrdə irəlilədiklərini iddia edirlər. ISW bu məlumatı təsdiqləməyib.

Hazırda Avdivin şimal-qərb, mərkəzi, qərb və cənub-qərbində mövqe döyüşləri gedir.

Ruslar Ukrayna qüvvələrinin Avdivlə əsas əlaqə xətlərini bloklamağa başlayıb. Məqsəd şəhəri mühasirəyə almaqdır.

Ukrayna ordusunun “Tavriya” qrupunun komandiri, general Aleksandr Tarnavski bildirib ki, Rusiya şəhərə zirehli texnika zərbələrini artırıb.


Müəllif: Mənsur Rəğbətoğlu