Türkiyə xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Görüşdə ikitərəfli və regional əlaqələr, siyasi dialoq, etimad quruculuğu tədbirləri çərçivəsində atılacaq addımlar müzakirə edilib, eləcə də, Yunanıstan Baş nazirinin Türkiyəyə səfəri üçün hazırlıqlar ətrafında fikir mübadiləsi aparılıb.