20 Fevral 16:28
3 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Yuliya Navalnayanın bu barədə çağırışını nəzərə almayıb.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ötən həftə vəfat edən müxalifət lideri Aleksey Navalnının xanımının həyat yoldaşının fəaliyyəti və mübarizəsini davam etdirmək niyyətində olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Xeyr, prezident bunu nəzərə almayıb”, - Rusiya rəsmisi müvafiq suala cavab verib.

Bundan başqa, Peskov Navalnayanın ərinin ölümündə Putinin əli ola biləcəyi ilə bağlı sözlərinə cavab verib:

“Bunu şərhsiz buraxırıq. Əlbəttə, bunlar Rusiya dövlət başçısına yönəlmiş tamamilə əsassız, üzücü ittihamlardır. Ancaq Yuliya Navalnayanın bir neçə gün əvvəl dul qaldığını nəzərə alsaq, şərhsiz buraxıram”.


Müəllif: Mənsur Rəğbətoğlu