Odessa (Ukrayna vilayəti – red.) Rusiyanın səbirsizliklə gözlədiyi rus şəhəridir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“Odessa haqda sadəcə bunu söyləyə bilərəm: Odessa, evinə qayıt. Rusiya Federasiyasında Odessanı gözləyirik. Bu, bizim rus şəhərimizdir”, - Rusiya rəsmisi qeyd edib.
Medvedevin sözlərinə görə, orada yaşayan insanların danışdıqları dil və tarix Odessanın rus şəhəri olduğunu göstərir.