4 Mart 12:58
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də noyabrda keçiriləcək prezident seçkiləri uğrunda mübarizə qızışdığı bir vaxtda Respublikaçılar Partiyasında rəqabətdə bir ilk yaşanıb.

Teleqraf.com xəbər verir ki, keçmiş prezident Donald Trampın rəqibi Nikki Heyli paytaxt Vaşinqtonda praymerizdə qalib gəlib.

ABŞ-nin BMT-dəki keçmiş nümayəndəsi Heyli bununla da praymerizdə ilk qələbəsini qazanıb.

Heylinin seçki kampaniyasının sözçüsü Oliviya Perez-Kubas Vaşinqtondakı respublikaçı seçicilərin Trampın yaratdığı xaosu rədd etmələrinin normal olduğunu deyib.

Bununla belə, Heylinin Trampı məğlub edəcəyi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olacağı ehtimalı çox aşağı qiymətləndirilir. Hətta bir çox hallarda ehtimala belə yer verilmir. Tramp bundan əvvəlki səkkiz praymerizin hamısında qalib gəlib.

2016-cı ildə qalib gəldiyi prezident seçkilərindən əvvəl Tramp Respublikaçılar Partiyasının praymerizində Vaşinqtonda cəmi 14 faiz səs toplamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu