27 Yanvar 2015 18:13
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin may ayında İsrailə səfər edə bilər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib. Onun sözlərinə görə, may ayının əvvəlinə ölkəsində yeni hökumət qurulan kimi Putinin İsrailə səfər edəcəyini gözləyir.

Lieberman martın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcəyini və seçkilərdən sonra altı həftə müddətində ölkədə yeni hökumətin qurulacağını xatırladıb.

O, həmçinin İsrail baş naziri Binyamin Netanyahunun da Rusiyaya səfərini istisna etməyib: “Əlbəttə, Netanyahu da Moskvaya gedəcək. Ancaq bu səfər seçkilərdən sonra baş tutacaq”.

Samir


Müəllif: