28 Yanvar 2015 03:45
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində rusiyapərəst separatçı qüvvələr 3 istiqaəmətdə fəal döyüşlərə başlayıblar. Separatçılar əsas qüvvələrini Mariupol, Marinka və Debaltsevo istiqamətlərində cəmləşdiriblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb. "Ukrayna 112" telekanalının efirində Donetsk vilayətində Ukrayna polisinin rəis müavini İlya Kiva da hücumun baş verdiyini təsdiqləyib.

Kiva onu da vurğulayıb ki, antiterror qüvvələri hücumu neytrallaşdıra biliblər və növbəti həmlələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər