30 Mart 22:56
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda daşqınlar səbəbindən yeddi rayonda 10 mindən çox insan təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xilasetmə əməliyyatlarında altı mindən çox insan, iki minə yaxın texnika və 12 təyyarə iştirak edir.

Qeyd edək ki, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Abay, Ulıtau və Akmola vilayətlərinin bir sıra ərazilərində irimiqyaslı daşqınlar səbəbindən yerli fövqəladə vəziyyət elan edilib.


Müəllif: Teleqraf.com