28 Yanvar 2015 23:09
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış yazar Sarah Helmin yeni kitabında II Dünya Müharibəsi zamanı Ravensbrüqdəki kampda yəhudi qadınlara verilən işgəncədən yazıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yazar hekayəsini dinlədiyi qadınların bu işgəncələr haqqında çətinliklə danışdıqlarını deyib. O, hətta bəzi qadınların çəkdikləri ağrıların böyüklüyü səbəbindən yaşadıqlarını yazmaqdan çəkindirməyə çalışdıqlarını da bildirib.

Sara kitabında bildirib ki, işgəncə kampının ilk sakinləri Almaniyada yaşayan yəhudi qadınlar olub. Daha sonar işğal edilən ölkələrdən qadınlar gətirilməyə başlanılıb.

Yorğun və xəstə olanların öldürülməsinə qərar verilib. Adolf Hitlerin naziri olan Himlerin əmri ilə qalan qadınların üzərində qorxunc sınaqların aparılmasına icazə verilib.

Burada sınaqlar aparan həkimlərdən biri də Sontag olub. O, yəhudi qadınları “yerə döşəyib” onların üzərində gəzirmiş. Hətta anesteziya etmədən qadınların dişlərini çəkirmiş.

Himler əsgərlərin yaxşı döyüşməsi üçün cinsi əlaqədə olmalarının vacib olduğunu düşünürdü. Bu səbəbdən həkim Sontaga xəstəliyə tutulmadan əsgərlərinin necə cinsi əlaqə ilə məşğul ola biləcəyini araşdırmasını tapşırıb.

Digər bir sınaq obyekti "Dovşan" ləqəbi qoyulan qadınlar olub. Bu qadınların üzərində daha qorxunc sınaqlar aparılıb. Onların ayaqları kəsilib və infeksiyaya yoluxdurulublar. Xəstəlik müddətində sağala bilməyənləri isə öldürüblər.

1945-ci ildə Ravensbrük kampında qaz kameraları yaradılıb.Burada həftə ərzində 2500 qadın öldürülüb.

Düşərgə 30 aprel 1945-ci ildə sovet ordusu tərəfindən azad edilib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər