2 Aprel 10:34
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiyanın Ukrayna ərazisində 474 min hərbçisi var. Bu göstərici ilin əvvəlindən xeyli artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Vadim Skibitski məlumat verib.

“Hazırda ərazilərimizdə düşmənin 474 minlik quru qoşunları var. İlin əvvəlində bu rəqəm 450-460 min idi”, - nazir müavini deyib.

Onun sözlərinə görə, Rusiyada yeni piyada birləşmələrinin təlim müddəti xeyli azaldılıb, peşəkar hərbçilərin orduya cəlb edilməsi sürətləndirilir. Bir piyada cəmi 27 gün ərzində sıfırdan hazırlanır. Hərbçilər bu müddət ərzində fərdi hazırlıq, bölmənin tərkibində təlim və döyüş koordinasiyası keçir.

Ukrayna Baş Qərargahının məlumatına görə, mart ayı ərzində Rusiyanın 28 200 hərbçisi məhv edilib. Ümumilikdə Rusiya müharibə başlayandan bəri 443 min hərbçisini itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər