2 Aprel 13:30
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Metina və Qara bölgələrində aşkarlanan 6 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.

“Axtar, tap, məhv et! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladıqları 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız qətiyyət və əzmkarlıqla davam edəcək”, - nazirlik bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər