NATO-nun Kosovoda Sülhməramlı Qüvvələrinin (KFOR) tərkibində xidmət edən Türkiyə nümayəndə heyəti Qədr gecəsi münasibətilə ölkənin cənubundakı Prizren şəhərində iftar süfrəsi açıb.
Teleqraf.com xəbər verir ki, Prizrenin Şadırvan meydanında təşkil edilən iftar proqramına Türkiyə hərbi heyətinin rəhbəri polkovnik Səbri Gökhan Karamürsel və çoxsaylı qonaqlar qatılıb.
İftar proqramına qatılan 300-ə yaxın kosovalı axşam azanı oxunarkən namaz qılıb, iftar açıb.
Türk hərbçiləri 1999-cu ildən Kosovoda KFOR tərkibində xidmət edir. Türkiyə KFOR komandanlığını ilk dəfə 2023-cü il oktyabrın 10-da 1 il müddətinə təhvil alıb.