7 Aprel 15:44
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın baş naziri Viktor Orban Slovakiyada keçirilən prezident seçkilərində Peter Pelleqrininin qələbəsini yüksək qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, X sosial şəbəkəsindəki səhifəsində o, səsvermənin nəticəsinin “bütün Avropada sülh tərəfdarlarının böyük qələbəsi” olduğunu yazıb.

Orban həmçinin Pelleqrinini ölkədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

"Slovakiya xalqı üçün böyük qələbə və bütün Avropada sülh tərəfdarları üçün böyük qələbə!" – Macarıstanın baş naziri yazıb.

Qeyd edək ki, “Səs – Sosial Demokratiya” partiyasının rəhbəri Peter Pelleqrini Slovakiyada keçirilən prezident seçkilərində rəsmən qalib gəlib.

O, 53,12 faiz səs toplayıb. Slovakiyanın keçmiş xarici işlər naziri Korcok artıq məğlubiyyətini etiraf edib və Pelleqrinini qələbə münasibətilə təbrik edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər