Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Krasnoqorivka şəhərinə daxil olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Krasnoqorivka Donetsk şəhərindən 20 km qərbdə yerləşir. Müharibədən əvvəl şəhərdə 15 minə yaxın insan yaşayırdı.
Məlumatda deyilir ki, Rusiya qoşunları Marin şəhərindən cənub-şərqdən zirehli texnikalarla dəmir yolu xəttini keçərək ora daxil olublar.