Çasiv Yar ətrafında şiddətli döyüşlər gedir. Rusiya ordusu itkilərə baxmayaraq intensiv hücumları davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Poqoril deyib.
Onun sözlərinə görə, Rusiyanın hərbi aviasiyası Ukrayna qüvvələrinin qarşısındakı ən böyük maneədir.
Ekspert bildirib ki, Rusiya qoşunları hər addımda möhkəmlənməyə çalışır, itkilərə baxmayaraq gəlirlər. Rusiya Müdafiə Nazirliyi bu əraziyə çoxlu canlı qüvvə və əlavə texnika göndərib.
“Hazırda əsas problem mərmilərlə bağlı deyil, Qərbin hava hücumundan müdafiə vasitələrinin olmaması ilə əlaqəlidir. Ümid edirəm ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək, çünki müvafiq proseslər gedir, çünki düşmənin necə bomba yağdırdığını hamı görür”, - Poqoril vurğulayıb.
O əlavə edib ki, Robotin (Zaporoje) istiqamətində də vəziyyət ağırdır. Ruslar qəsəbəyə doğru intensiv hücumlarını davam etdirirlər. Hərbi ekspert Ukrayna ordusunun hələlik burada ruslara mane olduqlarını da söyləyib.
“Rusiya qoşunları əsasən Novoprokopivka tərəf və Yujnoyenin qərbindən girməyə, elcə də Verbovoydan hücuma keçməyə çalışırlar. Qarşılarında Robotini mühasirəyə almaq tapşırığı var, amma bunu sistemli şəkildə etmirlər”, - Poqoril bildirib.
Onun fikrincə, cəbhənin bu bölgədə də əsas problem məhz aviasiya ilə bağlıdır.