İranla İsrail arasında nə baş verdiyini söyləmək çətindir, ikisi də fərqli açıqlamalar verir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə liderinin İran və İsrail arasındakı son qarşılıqlı hava hücumları ilə bağlı açıqlaması belədir:
“İsrail fərqli şeylər söyləyir, İran fərqli fikirlər irəli sürür. Nə bir məsuliyyəti üzərinə götürmə var, nə də bir izahat. İranın bəyanatlarına baxanda deyə bilmirsiniz ki, bu, doğrunu söyləyir. İsraillə bağlı onsuz da heç nə deyə bilmirsiniz. ABŞ-ni qabağa verdilər.
Ən əsası isə BMT Təhlükəsizlik Şurasında verdiyi son açıqlamalarda ABŞ-nin İsrailin yanında olduğunu gördük. Hamı burada Fələstinin tərəfində olduğu halda, təəssüf ki, ABŞ İsrailin tərəfini tutaraq öz mövqeyini nümayiş etdirdi. Zatən, fərqli bir şey gözləmirdik".