25 Aprel 13:53
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə İranda molla rejimi əleyhinə keçirilən ümumxalq etirazları zamanı həbs edilən repçi Tomac Salehi edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə repçinin vəkili Əmir Rəisiyan məlumat verib.

Salehi molla rejimi tərəfindən tez-tez fəallar və məhkumlara qarşı istifadə edilən “fitnə-fəsad salmaq” ittihamı ilə mühakimə olunub.

Repçi 2022-ci ilin oktyabrında rejimə qarşı ümumxalq etirazları ilə əlaqədar həbs edilib. Rejimin mediası onu “iğtişaşların liderlərindən biri” adlandırır. “Fars” agentliyi saxlanılarkən Salehinin ölkədən qaçmağa çalışdığını iddia edib.

Repçi ötən ilin iyulunda 6 il 3 ay həbs cəzasına məhkum edilsə də, İran Ali Məhkəməsi ilkin hökmdə “nöqsanlar” aşkar etdikdən sonra zaminə buraxılıb. Həbsdə olarkən işgəncələrə məruz qaldığını bildirən video yayımladıqdan sonra dekabrda yenidən həbs edilib.

Rəisiyan yeni hökmdə bir neçə nöqsanın olduğunu və apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər