Ötən sutka ərzində Ukraynanın şərqində davam edən döyüşlər zamanı 5 hərbçi həyatını itirib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladislav Seleznyov deyib. Onun sözlərinə görə, atışmalar zamanı 23 nəfər də yaralanıb.
O həmçinin qeyd edib ki, hazırda Ukrayna hospitallarında 390 hərbçi müalicə alır. Onlardan 11-nin vəziyyəti ağırdır.
Samir