Ukrayna hərbi qüvvələri Vovçansk şəhərində əks-hücuma keçərək bir neçə məhəlləni geri alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Rusiya ordusu mayın ortalarında Xarkov vilayətində Vovçanskın şimal hissəsi və bir neçə mərkəzi məhəlləni ələ keçirib. Son günlərdə Ukrayna hərbçiləri rusları mərkəzdən qismən çıxara bilib. Alman nəşri yazır ki, buna cavab olaraq, rus ordusu şəhəri amansızcasına yerlə-yeksan edir, xarabalığa çevirir.
Rusiya qoşunları Vovçanskın qərbində Staritsa kəndinin təxminən yarısını tutduqları, qalan istiqamətlərdə irəliləyişlərinin yavaşladığı qeyd edilir.
"Artıq şəhər ərazisinin dörddə biri Rusiyanın nəzarəti altındadır. Bir həftə əvvəl bu, demək olar ki, yarısı idi. Görünür, ukraynalılar irəliləyərək rusları sıxışdırıb çıxara biliblər. Ruslar Vovçanskda mövqelərini itirirlər. Buna görə də uzaqdan yaylım atəşi sistemi, ağır artilleriya və aviabombalarla şəhəri dağıtmağa çalışırlar", - məlumatda deyilir.