Dövlət Departamenti ABŞ-ın Gürcüstandakı etiraz aksiyalarında iştirak etmədiyini bəyan edib
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, bunun əksini göstərən bütün bəyanatlar dezinformasiyadır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS-a müsahibəsində Qərbin oktyabra kimi Gürcüstanda yeni "maydan" yaradacağı ilə iddialarını şərh edən Miller Gürcüstandakı etirazları "gürcü xaltının öz iradəsinin ifadəsi" kimi dəyərləndirib və ABŞ-ın bununla heç əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, Qaluzinin fikrin görə, Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır. O əlavə edib ki, ABŞ və Aİ ölkələri bir çox suveren dövlətlərə təzyiqlər edir.