5 İyun 15:45
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan hakimiyyəti ABŞ və Avropa Birliyinin (AB) Rusiya, Çin və digər ölkələrə qarşı sanksiya siyasətini dəstəkləmir, amma buna əməl etməyə məcburdur.

Teleqraf.com xəbər verir ki, bunu ölkə baş nazirinin müavini Serik Jumanqarin deyib.

“Bu, əslində bizə çox zərər vurur. Bir çox logistika və ticarət zəncirləri buna görə qırılır. Biz koalisiyanın üzvü deyilik, birtərəfli olaraq bu sanksiya siyasətini dəstəkləmirik, amma iqtisadi baxımdan bizə sərfəli olduğu üçün ona əməl edəcəyik. Bizim kiçik iqtisadiyyatımız var, sanksiyaların təzyiqinə tab gətirə bilmərik”, - Qazaxıstan rəsmisi qeyd edib.

Jumanqarinin sözlərinə görə, Qazaxıstanda ABŞ və AB ilə sanksiyalarla bağlı danışıqlar aparan işçi qrup var.

“Davam edən sanksiya siyasəti çərçivəsində öz, xüsusən də iş adamlarımızın mövqelərini qoruyub saxlamağa nail oluruq ki, sanksiyalar tətbiq olunmasın”, - baş nazirin müavini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu