Polşanın cənub-şərqindəki “Mesko” silah zavodunda güclü partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində müəssisənin 59 yaşlı əməkdaşı ölüb.
Qeyd edilir ki, son üç ildə müəssisədə daha iki partlayış baş verib. Hər iki halda komissiya təxribat amilini istisna edib.
Qeyd edək ki, “Mesko” Polşanın 100 ildən çox tarixi olan silah zavodudur. SSRİ dövründə orada mülki təyinatlı məhsullar, o cümlədən velosipedlər, diyircək dəzgahları, tekstil maşınları və toxuculuq dəzgahları, hesablama maşınları, elektron kalkulyatorlar və s. istehsal edilib. 1990-cı illərin əvvəllərində zavod yenidənqurma prosesindən keçib və təkrarən silah istehsalına yönəlib. “Mesko” hazırda “Polska Grupa Zbrojeniowa SA” Qrupunun bir hissəsidir və əsasən raket və sursat istehsal edir.