19 İyun 08:25
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiya Federasiyası ilə KXDR arasında münasibətlərin dərinləşməsi ilə deyil, Baydenin vəziyyəti ilə maraqlanmalıdır.”

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz “Telegram” kanalında deyib.

“Hər kəsi narahat edən bir şey varsa, o da Baydenin vəziyyətidir. Nəzərə alsaq ki, o nüvə ölkəsinə rəhbərlik edir və getdikcə daha tez-tez xətalar edir bu baxımdan onun fiziki vəziyyətinə nəzarət olunmalıdır. Onun maliyyə vəziyyətinə də nəzarət olmalıdır. Çünki Ukrayna korrupsiya fırıldaqları ilə əlaqəli görünməsi cinayət xarakterlidir” – deyə Zaxarova bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər